DÜNYA

Qaçqın sığınacağında yanğın: 1 ölü, 8 yaralı

Almaniyanın şərqində qaçqınlar üçün sığınacaqda yanğın baş verib. 

32gun.az xəbər verir ki, Almaniyanın Türingiya federal əyalətinin polisi Apolda şəhərində sığınacaqda səhər saat 05:00 radələrində yanğının baş verdiyini və bir nəfərin öldüyünü bildirib.

Yerli hökumət rəsmisi bildirib ki, 300 nəfərin yerləşdiyi sığınacaq evakuasiya edilib və onun sakinləri yaxınlıqdakı Hermsdorfdakı başqa bir qaçqın mərkəzinə köçürülüb.

Polisin  verdiyi məlumata görə, yanğın zamanı 8 nəfər xəsarət alıb. Hazırda yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

 

Loading...

Oxşar Xəbərlər