VİDEO

Gəncədə təhlükə saçan yük maşınları - Şəhərin yarısı məhv ola bilər (VİDEO)

Gəncə şəhəri və əhalisi təhlükəyə atılıb. 

32gun.az-ın bölgə müxbirinin bildiridyinə görə, iritutumlu yanacaq daşıyan yük maşınları şəhərin mərkəzi prospektlərində hərəkət edərək əhalini təhlükəyə atır, piyadaların gediş-gəlişinə, sərnişin daşıyan maşınlara böyük maneələr törədir.

Ölkənin ikinci böyük şəhəri olan Gəncə Şəhərində mərkəzi prospektlərdə, iritutumlu avtomobillər günün istənilən saatında, yanacaq doldurma məntəqələrinə daxil olur və benzin, dizel gətirirlər. Bu hal ciddi fəsadlara böyük partlayışa, digər xətalara, insan həyatının təhlükəsinə yol aça bilər.

Təqdim etdiyimiz videoda yanacaq dolu avtomobilin şəhərin mərkəzi prospektlərindən olan Atatürk prospektində hərəkət etdiyinin şahidi oluruq. 

Halbuki yanacaq daşıyan yük maşınları mərkəzdən kənar yolla hərəkət etməlidir. 

Maraqlıdır ki, yanacaq maşınlarının iş saatından sonra fəaliyyəti necə mümkün olur?

Qeyd edək ki, 60 tonluq iritutumlu yanacaqdolu bir avtomobilin yanması şəhərin yarısının  məhvinə, onlarla insan ciddi xəsarət almasına səbəb ola bilər. 

Azər 

 

Loading...

Oxşar Xəbərlər