EKONOMİKS

“Qarabağın dirçəlməsi üçün biz sahibkarlar da hazırıq” - Emil Səməndərov

“Ümummilli Lider Heydər Əliyev “Çünki zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır” demişdi. 

Artıq bu deyilənlər həqiqətə çevrilib. Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir.   

Aparılan iqtisadi islahatlar iqtisadi rəqəmlərdə də öz əksini tapır. 

Təbii ki, Azərbaycan iqtisadiyyatının getdikcə güclənməsi əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edir. 

Həmçinin prezident İlham Əliyev sahibkarlarla keçirdiyi bütün görüşlərində sahibkarlığın inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb.  Bu da o deməkdir ki, sahibkarlığın inkişafı üçün hər tərəfli dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir.

Vurğulamaq yerinə düşər ki, bu gün Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın hərtərəfli inkişaf strategiyası prezident İlham Əliyev tərəfindən müdrikliklə və uzaqgörənliklə davam etdirilir.

İndi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, o cümlədən də tikinti və yenidəqurma üçün hər bir şərait mövcuddur. Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı da göz önündədir. 

Elə buna görədir ki,  biz sahibkarlar dövlətimizin həyata keçirdiyi əksər layihələrdə canla-başla təmsil olunmağa hazırıq. 

2020-ci ildə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı böyük Zəfər nəinki milyonlarla azərbaycanlını, bütün türk dünyasını qürurlandırır. Bütün dünya Azərbaycanın gücünü gördü. 

Biz sahibkarlar da 44 günlük Vətən müharibəsi dövründə prezident İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruğ”un bir parçası olduq.

İndi Azərbaycan sahibkarları Qarabağın yenidən iqtisadi cəhətdən dirçəlməsi üçün səylərini daha da gücləndirirlər.

İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağın hər bir guşəsini birlikdə quracağıq. Buna  biz sahibkarlar hazırıq”. 

Emil Səməndərov

Tanınmış iş adamı, "PROQRESS-2016" MMC-nin rəhbəri. 
 

Loading...

Oxşar Xəbərlər