DÜNYA

Bu ölkədə ölərkən donor olmamaq üçün vəsiyyətnamə tələb olunacaq

Bu gün İsveçrədə orqan donorluğu ilə bağlı referendum keçiriləcək.

Lent.az “Swissinfo”ya istinadla bildirir ki, ümumxalq səsverməsinə ölmüş insandan orqan götürülməsi məsələsi çıxarılıb. 

Qüvvədə olan qanunvericiliyə görə, şəxs sağlığında orqan bağışlamaqla bağlı vəsiyyət etdiyi halda orqanın götürülməsinə çətnlik yoxdur. Belə bir sənəd olmadıqda vərəsələrin razılığı tələb olunur ki, onlar da əksər hallarda etiraz edirlər.

Qanuna edilən dəyişikliklə həkimlər ölmüş insandan varislərin razılığını almadan orqan götürə biləcəklər. Əgər ölən şəxs sağlığında orqan bağışlamaqdan imtina etməyibsə bu, “susqun razılıq” kimi qiymətləndiriləcək. Bağışlamadan imtina edən şəxs sağlığında vəsiyyətnamə yazmalıdır. 

Loading...

Oxşar Xəbərlər