SOSIAL

İllik ödənişi 8 min manat olan “LANDAU School” ilə tanınmış vəkil arasında MÜBAHİSƏ - Sahibi görün kim imiş

“LANDAU School” Təhsil Kompleksi tanımış vəkil Fuad Kərimovu məhkəməyə verib. 

32gun.az-ın əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. 

Nizamnamə kapitalı 2000 AZN olan “LANDAU School” Təhsil Kompleksinin qanuni təmsilçisi Timur Leznik Yefimoviçdir. 

Mətbuatda gedən məlumatlara  görə, “Landau School”un həmtəsisçilərindən biri də Emil Leznikdir. Emil və Timur Leznik qardaşları 2018-ci ildə eyni zamanda “Leznik and Company” MMC təsis ediblər.

Emil Leznik bu ilin əvvəlində mətbuata verdiyi müsahibədə bildirib ki, onların Azərbaycanın Xalq artisti, Rusiyanın ən böyük şirkətlərindən birinin – “Crocus Group”un vitse-prezidentidi Emin Ağalarov ilə birlikdə “LANDAU Sea Breeze” adlı layihələri var: “Layihəyə əsasən “Sea Breeze” kompleksində bir neçə korpusumuz fəaliyyət göstərəcək. Yaxın zamanlarda burada ilk korpusumuzun inşası yekunlaşacaq. Həmin korpusda “PreSchool” və ingilis bölməsinin bütün sinifləri yerləşəcək”.
İllik təhsil haqqının 8 min manat olduğu “Landau School”un təhsil üzrə direktoru isə  Yefim Leznikdir.

Yefim Leznik Petroviç uzun illər Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xabad or Avner” yəhudi məktəbinin direktoru olub. “Xabad Or-Avner” məktəbi 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Məktəbdə Azərbaycan vətəndaşları olan yəhudi uşaqları təhsil alırlar.

2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Xabad Or-Avner” məktəbinin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. Açılış mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak ediblər.
2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahu  Azərbaycana işgüzar səfəri çərçivəsində “Xabad-Or-Avner” təhsil mərkəzində olub.

Nilay

Loading...

Oxşar Xəbərlər