SOSIAL

İcra başçısı Taleh Qaraşov şagirdi döyən Rasilə Arifqızının vəzifəsini görün kimə tapşırdı

Xəbər verdiyimiz kimi, bir neçə ay öncə şagirdi döydüyü üçün Rasilə Arifqızı Lənkəran İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Uzun müddət boş qalan yerə bir müddətdir ki, əvəzləyici tapılıb. 

32gun.az-ın əldə etdiyi məlumata görə, Lənkəran İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra etmək Cavad Miriyevə tapşırılıb. 

C.Miriyev icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı vəzifəsində çalışır. 

Qeyd edək ki, Lənkəran ŞİH başçısı Taleh Qaraşovdur.

Nilay

SON DƏQİQƏ! Lənkəran rayon icra başçısının xanım müavini şagirdi döyərək  xəsarətlər yetirdi - FOTOLAR » Azərbaycan Reallığı

Loading...

Oxşar Xəbərlər