İDMAN 20 XƏBƏR

"Tiktok"dakı paylaşımları ilə qalmaqal yaradan olimpiya mükafatçısından yeni paylaşım (VİDEO)

Azərbaycan cüdoçusu, Olimpiya oyunlarının mükafatçısı Elmar Qasımov "Tiktok"da paylaşdığı daha bir video ilə diqqət çəkib.

32gun.az bildirir ki, cüdoçu bu dəfə 2001-ci ilin məzənnəsi olan 1000 manatı hərraca çıxarıb və "kim nə qədər verir" sualını ünvanlayıb. 

Həmin görüntünü təqdim edirik:

Qeyd edək ki, tanınmış cüdoçu "Tiktok"dakı paylaşımları ilə gündəm yaradıb və bəzən də qalmaqallara səbəb olub. Belə ki, avtomobilində əlindəki paçka pullarla özünü yellədiyi görüntülər paylaşmışdı.

Eləcə də Elmar Qasımov yaşadığı binadan pulları həyətə səpərkən çəkdiyi görüntüləri paylaşmışdı və buna görə Azərbaycan cüdo millisindən uzaqlaşdırılmışdı.

Xatırladaq ki, Olimpiya oyunlarının mükafatçısı olan Elmar Qasımov həmçinin Qran-Pri turnirinin ikiqat qalibi, Gənclər üzrə Avropa çempionu, dünya çempionatının dəfələrlə mükafatçısı olub. 

Nilufər 

Elmar Qasımov bu dəfə dollarları "blender"ə qoyub... - Video - xeberler

Elmar Qasımov eyvandan pul səpdi, millidən qovuldu — Video

Loading...

Oxşar Xəbərlər