DÜNYA 20 XƏBƏR

İstanbulda daha bir konsulluq və lisey fəaliyyətini dayandırdı

Xəbər verdiyimiz kimi, Niderland, İngiltərə və Almaniyanın İstanbuldakı Baş Konsulluqları müvəqqəti olaraq bağlanılıb. Bu ölkələrin ardınca bu gün Fransanın İstanbuldakı Baş Konsulluğu da öz fəaliyyətini dayandırıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təhlükəsizlik səbəbi ilə bağlanılan konsulluğun qapısından “Müvəqqəti olaraq bağlıdır, anlayışınız üçün təşəkkür edirik” məktubu asılıb.

Bildirək ki, konsulluqdan əlavə Pierre Loti Fransız Liseyi də təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırdığını açıqlayıb.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər