HADİSƏ 20 XƏBƏR

Əməliyyatdan 17 gün sonra öldü - Ölüm xəbərini verən həkim yoxa çıxdı

Türkiyədə özəl xəstəxanalardan birində həyata keçirilən əməliyyatdan sonra bədbəxt hadisə baş verib.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, burun-boğaz əməliyyatı keçirən şəxs 17 gün sonra dünyasını dəyişib.

Bildirilir ki, dünyasını dəyişən şəxsin ölümü ilə bağlı istintaq başladılıb. Digər tərəfdən, mərhumun qardaşı oğlu həkimin ölüm xəbərini verdikdən sonra yoxa çıxdığını və onu bir daha görmədiklərini iddia edib.

Qeyd edək ki, mərhumun bacısı Songül Yıldırımın sözlərinə görə, qardaşı Aydoğdu qanaxma ilə bağlı eyni xəstəxanada 5 gün əlavə müalicə alıb.

Nurlan

Loading...

Oxşar Xəbərlər