HADİSƏ VİDEO

Güclü külək İsmayıllıdakı həyatı iflic etdi - Evlərin damı uçdu, məktəb yararsız hala düşdü (VİDEO+FOTOLAR+ YENİLƏNİB)

İsmayıllı rayonunda güclü külək fəsadlara yol açıb.

32gun.az xəbər verir ki, mart ayının 27-si axşam saat 9 radələrində başlayan güclü külək, ayın 28-dək edib.

Güclü külək nəticəsində İsmayıllı rayon sakini Mustafayev Qurbanxan Xanoğlan oğluna aid tövlənin dam örtüyü tamamı ilə yararsız vəziyyətə düşüb. Dam örtüyü qonşunun həyətinə uçub, xoşbəxtlikdən heçbir zərər dəyməyib. Ev sahibinə dam örtüyünün uçması ilə bağlı xəbəri qonşusu verib.

Külək sadəcə rayon mərkəzində deyil kəndlərdə də fəsadlar törədib. İsmayıllı rayon Topçu kəndində, Topçu Kənd Orta məktəbinin dam örtüyü tamamilə uçub və məktəb yararsız vəziyyətə düşüb. Kənd sakinləri külək nəticəsində yaranan problemin ən qısa zamanda həllini tapmasını istədiklərini qeyd ediblər. 

İsmayıllı RİH 32gun.az-a verilən məlumata görə, 2 gün ərzində külək nəticəsində baş verən fəsadlar ilə əlaqədar olaraq bir neçə məlumat daxil olub:

"Elektirik naqillərinin qırılması, internet şəbəkəsində yaranan problemler və bir neçə şəxsə aid ev, tövlələrdə dam örtüklərinin uçması və İsmayıllı rayon Topçu kənd tam orta məktəbinin dam örtüyünün tamami ilə yararsız vəziyyətə düşməsi haqqında məlumatlar daxil olub. İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən yaraldılmış komissiyasının nümayəndələri hadisə yerlərinə baxış keçirib, evlərə və məktəbə  dəymiş zərərin ən qısa müddətdə öz həllini tapacağı qeyd edilib".

****

Bu gün baş verə güclü küləkdən sonra Topçu Kənd Orta məktəbinin görüntüləri:

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər