MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

"Arka Sokaklar"la bağlı üzücü xəbər - Final bölümü çəkilmədən bitdi

Məşhur aktyor Zafer Ergin "Arka Sokaklar" serialının finala çıxması ilə bağlı açıqlama verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aylardır yayımlanmayan serialın taleyindən danışan aktyor, "Serial finalsız bitdi. İlk dəfədir ki, başıma belə bir şey gəlir" - deyə, bildirib.

Serialda "Rza Baba" obrazını canlandıran Ergin, "Serialın bitməsinə həm üzüldük, həm də təəccübləndik. Kaş Türker İnanoğlu xəstə olmasaydı, davam etsəydik" - deyərək, sözlərinə davam edib.

Qeyd edək ki, serialın çəkilişləri prodüser Türker İnanoğlunun istəyi ilə noyabr ayında dayandırılıb.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər