SOSIAL

Ramiz Abutalıbov dəfn olundu - FOTO

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn edilib.

32gun.az xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R.Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi. R.Abutalıbov yanvarın 1-də Moskvada dünyasını dəyişib.

Loading...

Oxşar Xəbərlər