KRİMİNAL

Bakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ - YENİLƏNİB

Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğundan 32gun.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmova bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*** 14:48

Bakıda anasını öldürən məktəbli olub. 

Lent.az qətlə yetirilən ananın və hadisəni törədən uşağın kimliyini öyrənib. 

Məlum olub ki, 15 yaşlı İdeal Məmmədzadə anası, 37 yaşlı Ülviyyə İsmayılovanı bıçaqlayaraq öldürüb. 

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. 

Hadisə yerindən bıçaq və yeyiyetmənin məktəbli çantası götürülüb. 

Lent.az hadisə yerindən fotonu təqdim edir: 

*** 13:35

Bakıda törədilən qətlin üstü açılıb. 

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, qadın oğlu tərəfindən qətlə yetirilib. O hadisə yerindən qaçsa da polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

*** 13:20

Bakıda dəhşətli qətl törədilib. 

Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Bakı metrosunun "Neftçilər" stansiyası yaxınlığında qeydə alınıb. 

Şəxsiyyəti hələlik məlum olmayan 50-55 yaşlarında qadın bıçaqlanaraq öldürülüb. 

Hadisənin motivi hələlik məlum deyil. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. 

Loading...

Oxşar Xəbərlər