SOSIAL

Operativ qərargah iki vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, ölən olmayıb.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 687 648, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 047, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 256 620, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 142 nəfər təşkil edir.

Loading...

Oxşar Xəbərlər