DİGƏR

Nar və Bakcell çökdü - Şəbəkələrdə problem yaşanır (YENİLƏNİB)

Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə 32gun.az-a "Bakcell" şirkətindən məlumat verilib. "Artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - açıqlamada deyilir.

*** 19:45

Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

32gun.az xəbər verir ki, “Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb.

NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: “Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.

*** 19:15

“Nar Mobile”və  “Bakcell” mobil operatorunun müştəriləri bu gün problemlə qarşılaşıblar.

32gun.az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkə hesablarında yaranmış problemlə bağlı paylaşımlar ediblər.

Bildirilir ki, internet və dalğa tamamən yoxa çıxıb. Abonentlər bir-birilərinə zəng edə və ya zəngləri qəbul edə bilmirlər.

Hər iki şəbəkədə başlayan nasazlıq hələ də davam edir.

Hələlik probelmin səbəbləri bəlli deyil.

Loading...

Oxşar Xəbərlər