DİGƏR

Bu cütlük qohumlarını məzarlarından çıxarıb toylarına gətirib? (FOTOLAR)

Bir paylaşımda bu fotonun 1965-ci ildə qohumlarını məzarlarından çıxararaq toya gətirən cütlüyün toyunu əks etdirdiyi iddia edilib.

Bu paylaşım sosial şəbəkədə minlərlə bəyəni və rəy gəlib.  Çünki bu hadisəyə inan insanlar inanmayanlardan çox olub. Sözügedən iddia müxtəlif tarixlərdə bir çox sosial media hesabları tərəfindən paylaşılıb. 

32gun.az xəbər verir ki, məsələnin əsli isə başqadır. 

Şəkli internetdə axtarış edildikdə, orijinalın 1950-ci il təvəllüdlü və Nyu Yorkda yaşayan amerikalı rəssam Ceyn Hammonda məxsus olduğu məlum olur.

Image

Hammondun əsərlərini sərgilədiyi internet saytında “When You Wish” başlıqlı şəklin gümüş suyu ilə çəkildiyi və əsərin 2008-ci ildə istehsal edildiyi bildirilir.

Həmçinin Detroit İncəsənət İnstitutunun rəsmi saytında əsərin Ceyn Hammonda məxsus olduğu, 2008-ci ildə istehsal edildiyi və kolleksiyalarında olduğu bildirilmişdir. 

Axtarış sistemlərində "boda", "muertos", "Hammond" açar sözlərini axtardığımız zaman fotonun Meksikanın Quanaxuato şəhərindəki Museo de Las Momias (Mumiya Muzeyi) muzeyində çəkildiyi üzə çıxır. 

Nilufər

Image

 

Loading...

Oxşar Xəbərlər