KRİMİNAL 20 XƏBƏR

17 yaşlı yeniyetmə qardaşını qətlə yetirib - Anasına görə

17 yaşlı yeniyetmə psixoloji problemləri olan böyük qardaşını bıçaqlayıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qətl hadisəsi Samsunda yaşanıb.

Ağır yaralanan 32 yaşlı gənc aparıldığı xəstəxanada dünyasını dəyişib. Qətli törədən yeniyetmə isə polis tərəfindən saxlanılıb.

İlkin araşdırmalardan sonra hadisənin təfərrüatları ortaya çıxıb. Belə ki, yeniyetmənin qətli törətmə səbəbi müəyyən edilib. Onun qardaşını, anasını döydüyü üçün bıçaqladığı məlum olub.

Hazırda araşdırmalar davam edir.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər