DÜNYA 20 XƏBƏR

İran hökümətindən daha bir gülünc əməl: Rəqs edən nişanlılara 10 il həbs verildi (VİDEO)

Məhsa Əmininin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən öldürülməsindən sonra başlayan etirazların davam etdiyi İranda daha bir mübahisəli hadisə baş verib.

32gun.az bildirir ki, 20 yaşlı Astiyaj Haqiqi və nişanlısı Əmir Məhəmməd Əhmədi sosial şəbəkədəki hesablarında küçədə çəkilmiş romantik rəqs videoları paylaşdıqları üçün 10 il 6 ay həbs cəzasına məhkum ediliblər.

Azadi Qülləsinin qarşısında cütlüyün romantik rəqsi Tehran hökumətini qəzəbləndirib. Videoda Haqiqinin hicab taxmamasının son vaxtlar artan nümayişlərlə əlaqəli olduğu iddia edilib.

Cütlüyə internetdən istifadə etmək və xaricə səyahət etmək də qadağan edilib.

Məlumata görə, sosial şəbəkədə məşhurlaşan nişanlılara ikiqat cəzanın "milli təhlükəsizliyə xələl gətirmək üçün toplaşmaq" və "korrupsiya və fahişəliyə yönəltmə" cinayətlərinə görə verildiyi qeyd edilib. Digər tərəfdən, Haqiqinin Tehran xaricindəki Karçak həbsxanasına göndərildiyi bildirilib.

Bu həbsxananın şəraiti tez-tez beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən tənqid olunur. 

Qısa müddətdə paylaşım rekordu qıran videonun noyabrın əvvəlində çəkildiyi bildirilib.

Qadınlara qarşı çox sərt qaydaların tətbiq edildiyi İranda qadınların kişi ilə və ya tək başına rəqs etməsinə icazə verilmir.

Nilufər

Loading...

Oxşar Xəbərlər