DÜNYA

Məşhur general həbs edildi - FOTO

Sabiq 1-ci Ordu komandanı general-polkovnik Çətin Doğan həbs edilib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Balyoz davası"nda ittiham olunan general-polkovnik Ali Məhkəmə tərəfindən 6 il 8 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, 2003-cü ilin mart ayında ordunun "Balyoz əməliyyatı" adı altında Türkiyə hökumətini devirmək üçün hərbi əməliyyat planı qurduğu iddia edilirdi. 2010-cu ildə iddia ilə bağlı Baş Prokurorluq tərəfindən istintaq başladılmış, 2012-ci ildə şübhəlilər ömürlük həbs cəzasına məhkum edilmişdir.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər